Çaşqınlıq yaradan piyadalarla bağlı hansı tədbirlər görüləcək? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Çaşqınlıq yaradan piyadalarla bağlı hansı tədbirlər görüləcək? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Bir çox sosial şəbəkə hesablarında paylaşılan görüntülərə əsasən paytaxtın İnşaatçılar metrosu ətrafında piyadalar sürücülər üçün çətin anlar yaşadır. Belə ki, kim necə gəldi yol keçir. Bəs, bu kimi halların qarşısı necə alınmalıdır? Hansı tələb və təkliflər irəli sürülməlidir? SİA mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikirlərini öyrənib.

Aslan Əsədov bildirib ki, məlum görüntüləri izlədim: “Bu acınacaqlı duruma yalnız İnşaatçılar metrosu ətrafında deyil, şəhərin digər küçələrində də rast gəlinir. Sürücülər bu haldan ona görə qorxur ki, hər an yola insan daxil ola və insana avtomobillə xəsarət yetirə bilər. Piyadalar isə qorxsalar da bəhanə edib təhlükəsizlik qaydalarına zidd olaraq yol keçirlər”.

Aslan Əsədov sözlərinə belə davam edib: “Bunlar çox mənfi və təhlükəli haldır. Ona görə də insanlarımız mütləq diqqətli olmalıdır. İnzibati resurs cəhətdən yol kənarları çəpərlənsə və yol kənarlarına (əgər yerin altında metro varsa) hansı məsafədən asılı olmayaraq təmas yaratmamaq şərti ilə dəmir mühəccərlərdən istifadə etməklə yol qapanmalıdır. Lazım olan dayanacağın öz oryantalına uyğun olaraq 100-150 metr məsafədə açıq sahə olduqdan sonra digər uzun bir küçə və prospekti əhatə etməlidir. Belə hal digər ərazilərdə də yaşanır. Xüsusilə, Qara Qarayev prospektini misal göstərmək olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə