"Balıq həm uşaqlara, həm yaşlılara, həm də ortayaşlılara xeyirlidir"

"Balıq həm uşaqlara, həm yaşlılara, həm də ortayaşlılara xeyirlidir"

Qida mütəxəssisi Ağa Salamov saytımıza müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:

-Qış mövsümü üçün məsləhətli olan qidalar hansılardır?

-Qış üçün məsləhətli olan qidalar bu mövsümündə yetişən meyvə və tərəvəzlərdir. Buraya heyva, nar, alma və s. kimi meyvələr daxildir. Bunlar bizim orqanizm üçün yetəri qədər vitamin ehtiva edir. Bu da bizim üçün immun sisteminin güclənməsinə gətirib çıxarır.

-Qış növsümündə hansı içkilərdən istifadə edilməlidir?

-Bu mövsüm biz rəngli, qazlı içkilər əvəzinə və yaxud mütəmadi çay içmək əvəzinə susadığımızda mövsümü meyvələrdən hazırlanan kompotlara müraciət etməliyik.

Həmçinin, mövsümü meyvələrdən, tərəvəzlərdən hazırlanan müxtəlif şorbalar, garnellər, püreylər hazırlayıb yemək məqsədəuyğundur. Bu isə immun sistemini güclü saxlayır.

- Qış mövsümündə iştahı açan xörəklər hansılardır?

-Bütün sevdiyimiz xörəklər bizim iştahımızı açır. Qış fəslində bir çox insanlar xaş yeməyi sevir. Bu yemək insanın immun sistemini çox güclü saxlayır. Heç bir xolesterin ehtiva etmir. Ürək qan-damar sistemi pozğunluğu olan insanlar həkim məsləhətli altında qidalanan (şəkərli diabetlər, ürək xəstələri) həkimin məsləhəti altında onu yeməlidirlər. Biz onlar istisna olmaqla, iştah açan yemək kimi xaşı məsləhət görürük. Buraya quyruq yağında bişən qovurmalar-ciyər, içalatı, kənd çolpası, balıq daxildir. Balığın insan orqanizminə, gözlərə faydası çoxdur. Bu yeməyi daha çox qış axşam yeməyi məsləhət görürük. Balıq həm uşaqlara, həm yaşlılara, həm də ortayaşlılara xeyirlidir.

- Hansı yeməklər çəkini artırır?

- Mayonezdən salatlar çəkini artırır. Burada zeytun yağında hazırlanmış çobansalatı, hər-hansı bir gül kələmi salatı, qarğıdalı dənələri ilə hazırlanmış salatlar, müxtəlif növ salatlar hazırlayıb (ət, toyuq, balıq) istehlak edə bilərik. Salatlarda zeytun yağından istifafə etməklə immun sistemimizi gücləndirə bilərik.

-Artıq çəkidən azad olmaq üçün istifadə edilən qidalar hansılar?

-Artıq çəkidən azad olmaq üçün çörəkdən uzaq durulmalıdır. Çovdar çörəyi istifadə edilməlidir. Çovdar çörəyindən başqa şəkərli məmulatlardan (tort, şirniyyat) uzaq durmaq lazımdır. Bunlar insan orqanizmi üçün faydalı, qida dəyəri yüksək olan qidalar deyil. Bu şirniyyatlar insanlarda artıq çəki, piylənmə əmələ gətirir. Bunların yerinə quru meyvələr ilə çay içə bilərik. Həmçinin, doşabdan hazırlanmış kurabiyələr, əncirfəcərdən istifadə edə bilərik. Əncirfərəc qədim Azərbaycan mətbəxinə aiddir.

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə