Qaraciyər yağlanmasına səbəb olan əsas qidalar hansılardır ? - MÜTƏXƏSSİS AÇIQLADI

Qaraciyər yağlanmasına səbəb olan əsas qidalar hansılardır ? - MÜTƏXƏSSİS AÇIQLADI

“Qaraciyər xəstəliklərinə və piylənməsinə səbəb olan qidalar sırasında birinci növbədə zərərli yağlardan hazırlanan qidalar aiddir. Paketlənmiş peçenyelər, vaflilər, şokoladlar, un məmulatlarından hazırlanmış, rəf ömrü uzun olan şirniyyatlar yüksək kalorili və zərərli yağlardan hazırlanmış qida məsulları sırasındadır. Bu qidalar birbaşa qaraciyərin düşmənidir. Təbii ki, bu kimi qidaları gündəlik qəbul etdikdə və 20-25 yaşa qədər olan şəxslər bu qidalardan intensiv istifadə etdikdə qaraciyər piylənməsi, qaraciyərin funksiyasının pozulması və digər xəstəliklər yaranacaq”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidlanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

M.Hüseynova bildirib ki, bişirilmiş yeməyə sonradan əlavə edilən, rafinə olunmuş duzlar da olduqca zərərlidir: “Eyni zamanda ev üsulu hazırlanmış turşularda duz miqdarı həddindən artıq çox olur. Bu da qaraciyərin birbaşa olaraq zədələnməsinə səbəb olur.

Yağlı ətlər, qızartmalar da birmənalı şəkildə pis xolesterinin səviyyəsini qaldırır. Xolesterin səviyyəsi həddindən artıq qalxdıqda da qaraciyərin funksiyası pozulur.

Rəngli, qazlı içkilər də birbaşa olaraq qaraciyərin düşmənidir.

Bel və qarın bölgəsindəki yağlanma və çəki artımı qaraciyər yağlanmasının gözlə görünən halıdır. Yağlanmanın qarşısını almaq üçün mövsümi meyvə-tərəvəzlər qəbul edilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə