"Qadın evdə həbs olunmayıb. Məsələn, qadının mağazaya, gözəllik salonuna və s. kimi yerlərə getməsi icazə anlayışına aid deyil. Ola bilər ki, qadın sıx-sıx yollanmadığı yerə gedə və yoldaşına bunu məsləhət edə". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Fuad Nurullayev sözlərinə belə davam edib: "Qadının getdiyi yeri qarşı tərəfin bilməyi daha gözəldir. Bəlkə yoldaşı ona yol yoldaşlığı, yaxud maddi dəstək edəcək.
Ailə bütövdür və bir dövlətdir. Məsələn, olar ki, qadın ata evinə getmək istəyə və yoldaşı xəbərsiz olub evə gələ. Qadın bir yerə getdiyi zaman yoldaşı bunu mütləq bilməlidr. Qarşılıqlı razılaşma ailədə çox vacibdir.
Qadın bir qurban nəzir etmək istəsə də yoldaşı ilə məsləhətləşib qərarlaşmalıdır. Çünki ailənin maddi-mənəvi təminatı İslamda kişinin boynunadır. Kişi ailənin dolanışığına, yaşayış tərzinə, müdafiəsinə və təhlükəsizliyinə cavabdehdir.
Bunlar o demək deyil ki, qadın istismar olunur və sanki əsarətdədir icazəsiz heç yerə gedə bilmir. İslam qadına yüksək hüquqlar verir və kişinin boynuna haqq qoyur ki, qadınını qorusun.
El arasında bir söz var ki, məsləhətli don gen olar. Ailədə bir işi məsləhətli etmək çox müsbət haldır. Allah ailələri möhkəm etsin və xəta-bəladan qorusun".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB