Avtomobildə yüksək səsdə musiqi dinləyənlər cəzalana bilər? - EKSPERT DANIŞDI

Avtomobildə yüksək səsdə musiqi dinləyənlər cəzalana bilər? - EKSPERT DANIŞDI

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində avtomobildə yüksək səsdə musiqi dinləməyə görə heç bir cəza nəzərdə tutulmayıb. Bu mövzuda ətrafdakılara maneə yaratmamaqla bağlı yalnız tövsiyə xarakterli çağırışlar edilə bilər, amma qanunvericilikdə bu baxımdan heç nə yazılmayıb və buna görə də sürücüyə Dövlət Yol Polisi inspektoru tərəfindən heç bir cərimə tətbiq oluna bilməz". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, saat 00:00-dan 07:00-a qədər yüksək səslə musiqi dinləyib ətrafdakıları narahat etdikləri müəyyənləşdirildiyi hallarda İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, 150-200 manat civarında cərimə tətbiq etmək olar: "Burada söhbət mənzillərdə, yaşayış evlərinin həyətlərində yüksək səslə musiqi dinlənilməsindən gedir. Yoxsa, şəxs şəhərin mərkəzində yolla gedərkən avtomobilin içində ürəyi istəyən musiqiyə qulaq asa bilər və buna cərimə tətbiq oluna bilməz. Hərçənd bu, bir yandan yay vaxtı səs-küy salınmaması üçün yaxşıdır, amma digər tərəfdən sürücünün hüquqları tapdalanır, çünki daşınan əmlak onun şəxsi mülküdür”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə