“Zərərçəkmiş şəxslər üçün 9 yardım mərkəzi mövcuddur”

“Zərərçəkmiş şəxslər üçün 9 yardım mərkəzi mövcuddur”

"Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərər çəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır". SİA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 6-da Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda zərərçəkmiş şəxslər üçün 9 yardım mərkəzi (onlardan səkkizi qeyri-dövlət mərkəzidir) mövcuddur, onlardan 5-i həmçinin sığınacaq xidməti göstərir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsi” həmçinin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə komissiya yaradılıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə