Azərbaycan Tbilisidə ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək

Azərbaycan Tbilisidə ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək

Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 9-da Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək. SİA xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının (IWA) təşkilatçılığı ilə Yeni il öncəsi baş tutacaq tədbirdə 30-a yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak edəcək.

Pavilyonda xalçalar, milli suvenirlər, əl işləri, şirniyyatlar, rəsmlər, dekorativ məmulatlar və s. təqdim olunacaq. Yarmarka ziyarətçilərinin milli mətbəxlər pavilyonunda Azərbaycan təamlarını dadmaq imkanı da olacaq.

Yarmarkadan əldə olunan vəsait Gürcüstan əhalisinin həssas qrupuna daxil olan insanlar üçün həyata keçiriləcək layihələrə yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə