Utancaqlıq hissi necə aradan qalxa bilər? PSİXOLOQ AÇIQLADI

Utancaqlıq hissi necə aradan qalxa bilər? PSİXOLOQ AÇIQLADI

"Utancaqlıq günahkarlıq hissinin çoxluğundan yaranan nüanslardan biridir. Utancaqlıq basqın ailədə böyüyən uşaqlarda yaranır. Bu, bəzən yeniyetməlikdə özünü daha çox göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aynur İsmayılova deyib.

Psixoloq utancaqlıq hissinin aradan qalxması ilə bağlı bir neçə məqamı diqqətimizə çatdırır: "Günahkarlıq, özgüvənsizlik hissi çoxdursa, bir yeniyetmə özünü daha çox utancaq hiss edecək. Bəzi tərəflərini öz yaşıdında olanlardan əskik hissi edir. Bu hissi aradan qaldırmaq üçün insan öz-özlüyündə bacarıqlarını, qabiliyyətlərini kəşf etməlidir. Əmin olmalıdır ki, mənim bu bacarığım digərlərindən müqayisədə daha qabarıqdır. Mən hansı qabiliyyətlərim ilə irəli gedə bilərəm. İnsan bunları müəyyən etməlidir. Eyni zamanda, bir fərqi anlamalıdır ki, normal olaraq insanların heç biri bir-birindən fərqlənmir. Onları bir-birindən fərqləndirən bilikləridir. Mən də öz bilik və bacarığımı inkişaf etdirərək utancaqlığımı aradan qaldıra bilərəm. Birinci utancaqlıq bir insan tərəfindən qəbul olunmalıdır ki, mən utancağam. Kənardan deyilənlərin fikri ilə deyil, özü qəbul edəndən sonra bunu aradan qaldırmaq asan olur. İnsan bilik və bacarıqlarını inkişaf etdirdikcə özgüvəni artır, özgüvən artırqcada utancaqlıq aşağı düşür. Bu yöndə mütəxəssislər də müraciət edib kömək istəyə bilər".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə