Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Paytaxtda hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə