“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” - FOTOLAR

“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” - FOTOLAR

YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihənin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Layihənin keçirilmə məqsədi Heydər Əliyev ili çərçivəsində Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ümummilli liderin həyat və siyasi fəaliyyəti, habelə onun parlaq siyasi fəaliyyətinin gənclər üzərində təbliği, eyni zamanda Heydər Əliyevin zəngin, çoxşaxəli ictimai-siyasi irsinin gənclərə öyrədilməsidir.

Açılışı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva gəncləri salamlayaraq bu kursun önəmindən danışıblar.

Dörd günü əhatə edəcək siyasi kursun ilk məruzəçisi Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev olub. Dövlət quruculuğu, dövlətçiliyin formalaşdırılması, dövlət quruculuğunda YAP-ın rolu mövzusunda çıxış edən Südeyif İmamverdiyev sonda gənclərin suallarını cavablandırıb.

Qeyd edək ki, siyasi kursda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının tələbələri və 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə