Depressiyanın şirin dərmanı: Şokolad

Depressiyanın şirin dərmanı: Şokolad

Tünd (bitter) şokolad yemək xərçəng, parkinson və alzheimer xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. SİA xarici mətbuata istinadən xəbər verir ki, gündə 20 qram tünd şokolad yeyilməsi məsləhət görülür.

Bu xüsusiyyəti ilə toxuma zədələnməsinin qarşısının alınmasında, xərçəng kimi xəstəliklərdən qorunmaqda kömək edir. Həm də qan təzyiqinin düşməsinə də səbəb olur. Ona görə də, ürək xəstəlikləri riskini azaldır.

Tokat Dövlət xəstəxanası diyetoloqu və qidalanma eksperti Diyetoloq və qidalanma eksperti Esra Koçak deyib ki, tünd şokolad antioksidant xüsusiyyəti yüksək olan qidadır: "Kakao ağacı tumundan hazırlanan tünd şokoladın faydaları sübut edilib. Öncə şokoladın tünd qəbul edilməsi üçün ən azı yüzdə 50%-i kakao yağından ibarət olmalıdır. Qidalandırıcı, həzmə kömək etmə özəlliyi ilə bilinir və dəmir, maqnezium, mis, sink, selenium, kalium, kimi minerallardan ibarətdir. Bitter (tünd) şokolad üçün depressiyanin şirin dərmanı da deyə bilərik. Tərkibində olan finilatinamin maddəsi xoşbəxtlik hormonunun yaranmasına təsir göstərir. Eyni zamanda bədəndə faydalı bakteriyaların miqdarını da artırır. Tünd şokoladdan düzgün faydalanmaq üçün kakao səviyyəsi yüksək olan və şəkərsiz olanına üstünlük verilməlidir. Günlük doza isə 20 qramı keçməməlidir."

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə