Toylara pul necə salınmalıdır? - YENİLİK - SOSİOLOQ FİKİR BİLDİRDİ

Toylara pul necə salınmalıdır? - YENİLİK - SOSİOLOQ FİKİR BİLDİRDİ

"Son günlər sosial şəbəkədə toylara nəmər yazdırmağın e-manat vasitəsilə həyata keçiriləcəyi ilə bağlı görüntülər yayılıb. Bu görüntüləri mən də izlədim. Belə bir qaydanın tətbiq olunması əslində pis olmaz. Bunun bir neçə aspektdən müsbət təsiri olar". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Fatimə Hacıbəyli deyib.

O, sözlərinə belə davam edib: "İlk olaraq toy sahibi dövlətə vergi ödəyər. Digər tərəfdən toy sahibi nəmərin restoranda e-manat vasitəsilə ödəniləcəyini düşündüyü üçün şadlıq evlərində toy etməkdən çəkinəcəklər. Bu zaman adət-ənənələlərimizin sıradan çıxmasının az da olsa qarşısı alınar.

Beləliklə, insanlar palatka toyuna üstünlük verəcək. Təbii ki, palatka toyunda da nəmər əvvəlki qaydada yazılacaq. Belə olan halda insanlar şadlıq evlərində xeyir iş etməkdən çəkinəcək. Vəziyyətin bu həddə çatacağını görən şadlıq evləri də məcbur olub qiyməti endirməli olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə