“Azərbaycan Könüllülük Həftəsi 2023”ün başlaması ilə bağlı mətbuat konfransı keçirilir - YENİLƏNİR
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023”ə start verilməsi ilə bağlı mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda tərəfdaş qurumların nümayəndələri çıxış edərək “Könüllülük Həftəsi 2023”ün hər il olduğu kimi bu il də özünəməxsus fərqliliyi ilə seçiləcəyini və Respublikamızın şəhər və rayonlarını əhatə edərək 3 mindən çox könüllünü birləşdirəcəyini bildiriblər.
Əlavə olaraq, bildirilib ki, hazırda ölkəmizdə könüllülük hərəkatının gündəlik həyat normasına çevrilməsi və könüllülüyün inkişafına təkan vermək üçün atılan addımlar, Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin müasir təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB