"Ana-atalar uşaqların izlədiyi proqramlara diqqət etməlidirlər" - XƏBƏRDARLIQ EDİLDİ
“Şübhəsiz ki, bir cəmiyyətdə informasiyaya ən açıq olan və bu informasiyaya ən müdafiəsiz şəkildə məruz qalan uşaqlardır. Uşaqların inkişafında ən önəmli ünsürlərdən biri sayılan “təqlid edərək öyrənmə”, televizorun öyrətmə tərzinə olduqca uyğundur. Bu istiqamətdə, şiddətin cəmiyyətə televizor vasitəsilə ötürülməsi aşkar bir vəziyyətdir”. Bunu SİA-ya açıqlamasında
psixoloq Ayşən Bayramova deyib.
Psixoloqun sözlərinə görə, 10 yaşın altındakı uşaqlar, hadisələri konkret olaraq qavradıqları üçün kino qəhramanının etdiyi hər şeyi doğru hesab edə bilirlərki bu da, uşağın sağlam olmayan rol model götürməsinə səbəb ola bilər: “Serialların minumum yaş həddinin 6-7 yaş verilməsinə baxmayaraq, sujet olaraq yetişkinlərə uyğun gəlməkdədir. Uşaqların şiddət tərkibli səhnələrə məruz qalması onlarda qorxu, təşviş, narahatlıq kimi duyğular yaradaraq, tək qalmağı istəməmək, yuxu pozuntuları kimi problemləri özü ilə gətirir”.
A.Bayramova bildirib ki, nəticə olaraq, televizordakı şiddət tərkibli kino və seriallar uşaqların psixoloji və sosial inkişafına mənfi istiqamətdə təsir edir, ana-atalar uşaqların izlədiyi proqramlara diqqət etməlidirlər: “İstəmədən də olsa uşaq uyğun olmayan səhnəyə məruz qalmışsa, bununla bağlı uşaqla danışmaq, nə hiss etdiyini danışmasına təşviq etmək faydalı olacaqdır. Bundan başqa, “Səncə bunu edən şəxs doğrumu etdi? Şiddət yerinə nə edə bilərdi? Nə etsə doğru olardı?” kimi suallarla uşaqlarda sağlam problem həll etmə bacarıqlarının formlaşmasına yardım edə bilərlər. Eyni zamanda bu cür davranışların real həyatda nə qədər ağrı verdiyini və hansı ciddi problemlərə yol aça biləcəyini anlamalarına dəstək olmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB