“İslam dinində gözmuncuğu anlayışı yoxdur” - QURUM RƏSMİSİ DANIŞDI

“İslam dini baxımından gözmuncuğu anlayışı yoxdur. Bədnəzər anlayışı isə var. Hansı ki, bu, el arasında olmaqla yanaşı, İslam tərəfindən də təsdiqlənib. Sadəcə olaraq, insanın bədnəzərdən qorunması üçün özünün fiziki və mənəvi baxımdan səyləri lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

F.Nurullayev bildirib ki, Qurani Kərimdən oxunan bəzi surələr insanı bədnəzərdən qoruyar: “Ümumiyyətlə, insan özünə bədnəzər gəlməsi kimi mənfi fikirləri yaxınına buraxmamalıdır. Mənfi duyğularla yükləndikdə həmin ağırlığa düşmək olur. Buna görə də mənfi düşüncələrdən uzaq durmaq lazımdır.

Gözmuncuğu anlayışı isə İslam dinində yoxdur və İslamdan öncəki ənənələrə söykənir”.

Bütün xəbərlər Facebook səhifəmizdə