"Alıcıların çoxu mağazalar tərəfindən aldadılır" - HÜQUQŞUNAS BİLDİRDİ

"Alıcıların çoxu mağazalar tərəfindən aldadılır" - HÜQUQŞUNAS BİLDİRDİ

Marketlərdə qiymətlərin vitrində başqa, kassada başqa olması adi bir hala çevrilib”. Bunu SİA-ya açıqlamasında hüquqşünas Səadət Bənənyarlı deyib.

Onun sözlərinə görə, bir sıra marketlər məhsulun üzərinə endirimli qiymətlər qoyur, qəbzdə isə endirimsiz qiymət vurmaqla vətəndaşları aldadırlar: “Alıcıların çoxu buna fikir vermir və mağaza rəhbərliyi tərəfindən aldadılır. Burada əsas çıxış yolu alıcılardan asılıdır. Alıcılar alış-verişdən sonra aldıqları qəbzi mütləq yoxlamalıdırlar. Dəfələrlə olub ki, mən özüm də bu halla rastlaşmışam və bildirmişəm. Nəticədə səhvlik olduğunu qəbul ediblər. Əslində belə hallar bəlkə də bilə-bilə olur. Ona görə də bu halların yaşandığı mağazalara, işçilərə qarşı müəyyən tədbirlər görülməlidir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə