İstanbulda qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu keçiriləcək
Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda orada qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Qeyd olunub ki, qəbul dekabrın 9-dan 20-dək keçiriləcək.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB