“Sürücülər havanın dəyişən zamanı daha diqqətli olmalı, yola çıxanda avtomobildə nə tələb olunursa nəzarət etməli, yolda riskləri nəzərə alaraq qoyulan sürətə əməl etməlidirlər. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar küçələrdə, prospektlərdə, yollarda, hava şəraiti ilə əlaqədar sürətləri endirirlər: “Amma sürət həddinin endirilməsindən başqa sürücülər özləri də getdiyi yolda sürətlərini tənzimləməlidirlər. Onlar daha aşağı sürətlə hərəkət etsələr, qəzalardan özlərini sığortalamış olarlar. Çünki fərqli səbəblərdən də qəzalar ola bilər. Məsələn, avtomobilin texniki göstəriciləri, yaylıq yaxud qışlıq təkərlərin dəyişdirilməməsi, yolun buzlu yaxud yaş olması, sürücülərin diqqətsiz olması ola bilər. Bacardıqca qoyulan sürət limitinə əməl edilməli, həmçinin mümkün riskləri dəyərləndirərək yolda diqqətli olunmalıdır ki, xoşagəlməz qəzalar baş verməsin”.
R.Ağamirzəyev xatırladıb ki, yol yarış meydanı deyil, 5-10 dəqiqə tez çatmaqla məsələ həll olunmur: “Amma tələsmək bəzən insan həyatının sonuna gətirib çıxarır. Ona görə çağırış edərdim ki, sürücülərimiz havanın dəyişdiyi dövrlərdə daha diqqətli olsunlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB