"Azəristiliktəchizat” rəsmisi Neftçala və Salyan sakinlərini dinləyəcək

"Azəristiliktəchizat” rəsmisi Neftçala və Salyan sakinlərini dinləyəcək

Dekabrın 15-də "Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Neftçala rayonunda Neftçala və Salyan sakinlərini dinləyəcək. ASC-dən SİA-ya bildirilib ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul Neftçala rayonu, Heydər Əliyev mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə