Paytaxtın üç rayonunda içməli suya məhdudiyyət qoyulacaq

Paytaxtın üç rayonunda içməli suya məhdudiyyət qoyulacaq

Su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr saat 20:00-dan 01 dekabr səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.

"Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik",- deyə agentlikdən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə