“Məktəb və bağça yaşlarında uşaqlarda qidalanma çox önəmlidir" - MÜTƏXƏSSİS İZAH ETDİ
“Məktəb və bağça yaşlarında uşaqlarda qidalanma çox önəmlidir. Çünki sağlamlığın qaydasına qalmaq, inkişaf prosesinin düzgün şəkildə getməsi üçün mütləq şəkildə gündəlik lazımi makro və mikro elementlərlə zəngin qidalanmaq lazımdır. Xüsusilə də 18 yaşına qədər uşaqlar gündəlik enerji ehtiyacının 50-60 faizini karbohidratlardan almalıdırlar və 20 faizə qədərini protein, qalanını isə yağlardan qəbul etməlidir. Yaxşı olar ki, gün ərzində 110-150 qram karbohidrat qəbul edilməlidir ki, şəkər ehtiyacı təmin olunsun”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Mütəxəssis bildirib ki, karbohidratları faydalı olan meyvə, tam taxıllı buğda unu və ya paxlılardan hazırlanmış un məmulatlarından ala bilərlər: “Səhər mütləq şəkildə meyvə şirəsi və ya təbii dəmlənmiş çay, pendir, zeytun, mövsümi tərəvəzlərdən qəbul edilməlidir. Eyni zamanda şirniyyat ehtiyacını da bal, bəhməzdən istifadə edərək, ödəyə bilərlər.
Kollektiv şəkildə hazırlanan məktəb və ya bağça menyusunda maksimum neytral qidalardan istifadə olunmalı və hər bir uşağın qida allergiyası olub-olmaması ilə bağlı məlumatlı olmaq vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB