"Sahibkarlar əyləncə mərkəzlərində təhlükəsizliyə diqqət yetirmirlər" - EKSPERT DANIŞDI
"Uşaqların daha çox toplaşdığı əyləncə mərkəzlərində təhlükəsizlik qaydalarına əməl etmək məcburidir. Uşaq əyləncə mərkəzlərində tezalışan materiallardan hazırlanan əşyaların olması, təhlükəli şouların göstərilməsi yolverilməzdir. Amma çox təəssüf ki, belə məqamlara sahibkarlar tərəfindən diqqət göstərilmir. Bu da uşaqların həyatı üçün təhlükə yaradır". Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
E.Nurəliyev bildirir ki, bu gün qanunla helium şarlarının qapalı məkanlarda istifadə edilməsinə qadağa yoxdur: "Amma sahibkarlar alışarkən partlama riski olan əşyalarla ehtiyatlı davranmaları üçün öz əməkdaşlarını təlimatlandırmalıdırlar".
Ekspert deyir ki, əyləncə mərkəzlərində uşaqların istifadə etdiyi attraksionlara, onların texniki sazlığına da mütəmadi nəzarət olunmalıdır: "Amma təəssüf ki, bu cür əyləncə mərkəzlərində sahibkarlar yaxşı gəlir əldə etsələr də, təhlükəsizlik tədbirlərinə diqqət yetirmirlər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB