Kasıb kişini yalnız anası sevir? - PSİXOLOQ AÇIQLADI

Kasıb kişini yalnız anası sevir? - PSİXOLOQ AÇIQLADI

"Kasıb kişini yalnız anası sevir" fikrinin anayla heç bir əlaqəsi yoxdur, ola bilməz. Analıq elə bir müqəddəs məfhumdur ki, ana öz uşağını hər bir halda – kimliyindən, sosial vəziyyətindən və sağlamlığından asılı olmayaraq sevir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Onun sözlərinə görə, qadın sevgisinə gəldikdə isə bu məsələ artıq individualdır: "Yəni, situasiyadan asılı olaraq qadınların kasıb kişilərə münasibəti fərqli olur".

Günel Allahverdiyeva sözlərinə belə davam edib: "Hər bir qadın üçün ilk növbədə maddiyyatdan öncə diqqət önəmlidir. Bir kişinin evə daxil olanda xanımının üzünə sevgi ilə baxaraq “həyatım, necəsən” deməsi kifayətdir ki, qadın xoşbəxt olsun. Təbii ki, bu fikri bir qrup qadınlara şamil etmək olmaz. Bəzi qadınları daha çox maddiyyat maraqlandırır. Pulun olmasına baxmayaraq onlar mənəvi cəhətdən tam xoşbəxt ola bilmirlər.

Sevgisizlik, diqqətsizlik, nəvazişin olmaması qadını günü- gündən soldurur. Belə qadınlar pul xətrinə varlı kişiləri seçərək mənəvi cəhətdən çatışmazlıqlarını kompensasiya edirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə