“Post-müharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 5600 mənzil təqdim edilib”

“Post-müharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 5600 mənzil təqdim edilib”

“44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Prezidentin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, müharibə əlilləri və müharibədən zərərçəkmiş vətəndaşları əhatə edən genişmiqyaslı sosial dəstək proqramının icrasına start verib. Bu sosial dəstək tədbirləri arasında ən vacibi şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramıdır. Son illər ərzində bu proqram 5 dəfə genişləndirilib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında nazir müavini Vüsal Nəsirli deyib.

V.Nəsirli bildirib ki, bu gün növbəti 250 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim olunur: “Ümumilikdə post-müharibə dövründə 5600 mənzil, ötən dövr ərzində isə 14400 mənzil və fərdi mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə