BŞDYPİ yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir keçirib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın 28 may küçəsində yerləşən 23 saylı tam orta məktəbdə yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbirdə məktəb rəhbərliyinin və uşaqların iştirakı ilə təhlükəsizlik mədəniyyətini təbliği istiqamətində marifləndirici tədbir keçirmişdir. Qurumdan SİA-ya verilən məlumata görə, 23 sayılı orta məktəb paytaxtın ən sıx hərəkətli küçələrindən olan 28 may ərazisində yerləşdiyi üçün burdakı uşaqların ərazidəki təhlükəsizliyi, müəyyən olunan qaydalara münasibəti yol infrastrukturunda görmək istədikləri məsələlərdə əhatə olunmaqla geniş müzakirə olundu. Uşaqlar öz təklifləri ilə yanaşı valideyinlərinində yollardakı qayda pozuntularını xüsusəndə məktəbin qarşısında dayanma durma tələblərinə əməl etməyənlərin yaratmış olduğu real çətinlikləri səmimi etiraf edərək cəmiyyətdə uşaqların rolunun böyük olduğunu və belə hərəkətlər edənlərin yaratdığı çətinlikləridə səmimi etiraf etməklə əslində böyüklərə səmimi formada mesajlarını vermiş oldular.

Bakı şəhərində 2023-cü il ərzində bu məqsədlə 200-ə yaxın məktəbdə tədbirlər təşkil olunub və ilin sonuna qədərdə təsdiq olunmuş plan üzrə davam etdiriləcək.

Cəmiyyətimizdə yol hərəkəti qaydaların düzgün təbliğ edilməsi üçün xüsusəndə böyüməkdə olan nəsilin düzgün tərbiyə olunması baxımından hər bir kəsdən məsuliyyətli davranmağı, düzgün nümunə olmağı bir daha xahiş edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə