Niyə hər kəsi məmnun etmək istəyirik? - PSİXOLOQ İZAH ETDİ

"Bu dəqiqə dünyadakı insanların bəlası özünü sevdirmək, özü ilə məşğul olmaq, özünə qarşı diqqət, qayğı və sevgi hissinin olmağıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, adətən hamını məmnun etmək istəyən insan sevilməyə möhtac olan və uşaq vaxtı sevgidən məhrum böyümüş insanlardır: "Həmçinin, özgüvəni zəif olan insanlar da hər kəsi məmnun etməyə çalışır. Çünki onlar yox deməyi bacarmırlar".

Psixoloq sözlərinə belə davam edib: "Bu insanlar başqalarına ona görə yox deyə bilmir ki, düşünür onu az sevərlər. Yəni, insanların işlərinə daha çox yarasalar, çox seviləcəklər deyə düşünürlər. Deyirlər ki, "Əgər mən fədakar olsam, qarşı tərəf məni daha çox sevəcək". Dəyərsizlik hissini düşünən insanlar dayanmadan qarşı tərəfi məmnun etmək istəyir. Nəticədə də bir gün yorulub depresiyya və problemə düşür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə