Bekarçılıq insanlara nə vəd edir? - PSİXOLOQ FİKRİ

Günümüzdə insanların çoxunun bacardıqları işi, məşğuliyyəti olduğu halda bekarçılıqdan şikayət edir. Bir qism isə bekarçılığı qəbullanıb bunu normal həyat stimuluna çeviriblər.

Bəs insan həyatında bekarçılıqdan yaranan mənfi təsirlər nələrə yol açır?

"Bekarçılıq insanlara bol stress, depressiya vəd edir. Belə ki, insanlar bekar olub heç bir işlə məşğul olmadıqda onun həyat stimulu, motivasiyası olmur".

Bu sözləri psixoloq Aynur İsmayılova SİA-ya açıqlamasında qeyd edib.

Psixoloq bunları deyib: "İşsizlik, bekarçılıq olan yerdə xəstəliklər artmağa başlayır. Bunu mütəxəssislər, alimlər qeyd edir. İnsanlar bundan qaynaqlanaraq əlavə cinayətlər törədirlər. Bekar olmamaq üçün ən aşağı maaşlı işdən başlayaraq nələr bacardığımızı kəşf etməliyik. Necə ki mədəmiz, beynimiz bekar deyil, eləcə də biz nümunəni orqanizmimizdən götürməliyik. Düşüncələrimiz davranışlarımıza təsir göstərdiyi kimi, bekar qalmaq da orqanizmə mənfi təsir bağışlayır. Bunun qarşısını almaq üçün isə bir çox əlavə məşğuliyyətlər, hobbilər, işlər var. Bunları yerinə yetirmək üçün insanlarda həvəs olmalıdır. İşə başlamaq üçün də ən başlıca cəhət iradə və inamdır".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə