Uşaqlar niyə tez-tez xəstələnir?

Uşaqlar niyə tez-tez xəstələnir?

Uşağınızın tez-tez soyuqdəyməsindən yorulmuş ola bilərsiniz, amma narahat olmayın, bu məsələdə tək deyilsiniz.

SİA xarici mənbələrə istinadən xəbər verir ki, uşaqların immun sistemi yetərincə inkişaf etmədiyi üçün onlar böyüklərdən daha tez-tez və asanlıqla xəstələnirlər. Məhz buna görə də uşaqlar arasında soyuqdəymə o qədər çox olur ki, məktəbəqədər yaşlı uşaqlarda, hətta körpələrdə mövsüm ərzində 6-10 dəfə soyuqdəymə əlamətlərinin olması normal sayıla bilər.

Soyuqdəymənin ən çox görülən əlamətləri öskürək, asqırma və burun tutulmasıdır. Bununla belə, bəzi uşaqlarda yüksək hərarət, enerji və iştah itkisi də ola bilər. Soyuqdəymənin bu təsirləri, adətən, 1 həftə ərzində sona çatır, lakin daha uzun sürdüyü görünür.

Ümumi və sadə bir xəstəlik kimi görünsə də, soyuqdəymə bəzən daha ciddi nəticələrə səbəb ola bilər. Məsələn, qulaq infeksiyası və ya pnevmoniyaya səbəb ola bilər. Burada nəzərə alınmalı olan məqam qızdırma xəstəliyinin nə zaman başladığıdır. Xəstəliyin başlanğıcı ilə ortaya çıxan hərarət normaldır, lakin xəstəlik başlayandan bir neçə gün sonra baş verən hərarət bədəndə infeksiyanın əlamətidir. Əgər uşağınızın infeksiya səbəbiylə qızdırması yoxdursa və özünü çox zəif hiss etmirsə, onun məktəbə və ya uşaq bağçasına getməsinə mane olmağa ehtiyac yoxdur.Bunun əvəzinə uşağınızı təsəlli etmək üçün məktəbə getsə belə, kifayət qədər istirahət etdiyinə, çoxlu maye içdiyinə əmin olun.

Uşağınızın yerləşdiyi otaqda rütubəti artırmağa çalışın.

Burnu tıxanmış uşaq rahat nəfəs ala bilmədiyi üçün yemək yeyərkən özünü çox narahat hiss edəcək və iştahı az qala avtomatik olaraq kəsiləcək. Ona görə də otağın rütubət dərəcəsini yüksək saxlamaq uşağın istirahəti üçün çox faydalı olacaq. Bu funksiyanı yerinə yetirəcək cihazlar bazarda satılsa da, büdcənizin buna imkan vermədiyini düşünürsünüzsə, radiatorların üzərinə su ilə dolu qablar qoyaraq bu problemi həll edə bilərsiniz.

Virus əşyaların üzərində saatlarla yaşaya bildiyi üçün xəstə insanın olduğu mühitə daxil olması xəstəliyin ötürülməsi üçün kifayət qədər əsas yaradır. Bu baxımdan soyuqdəymə digər insanlara təsir edə bilər.

Yoluxmuş şəxs öz ağzını və ya burnunu təmizlədikdən sonra hər hansı oyuncaq və ya əşyaya toxunduqda, daha sonra başqa bir şəxs eyni əşyaya toxunduqda viruslar da ötürülür.

Həmişə olduğu kimi, soyuqdəymənin yayılmasının qarşısını alan ən vacib amil təmizlikdir. Xəstə uşağın və ona baxan şəxsin əlləri həmişə təmiz saxlanılmalıdır. Xüsusilə uşağınızın burnunu təmizlədikdən sonra həm özünüzün, həm də uşağınızın əllərini mütləq sabunla yuyun. Həmçinin yemək hazırlamazdan əvvəl həmişə əllərinizi sabunla yuyun. Beləliklə, xəstəliyin ailənizin digər üzvlərinə keçməsinin böyük ölçüdə qarşısını alacaqsınız.

Əksər analar körpəsinin ilk ilində soyuqdəymə ilə qarşılaşdıqda dərhal həkimə müraciət edir, lakin bir neçə dəfə bu xəstəliyi yaşadıqdan sonra həkimdən öyrəndiklərini tətbiq etməyə başlayırlar.

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə