Bu gün Həsən bəy Zərdabinin anım günü ilə əlaqədar olaraq Zərdabi sevər Ramil Mehdiyev tərəfindən tədbir keçirilib. Tədbir “Heydər Əliyev ili” çərçivəsində baş tutub və H.Zərdabiyə həsr olunmuş film nümayiş olunub. Tədbirdə Zərdabi sevər Ramil Mehdiyev, Aqrar Elmlər üzrə fəlsəfə doktoru beynəlxalq ekoenergetika akademiyasının professoru, alim Eldəniz Həsənov, Zərdabi sevərlər və tələbələr iştirak edib. Tədbirin açılış nitqini edən Eldəniz Həsənov Həsən bəy Zərdabinin Azərbaycan tarixində qoyduğu izdən danışıb: “H.Zərdabi elə bir şəxsiyyət olub ki, onu oxumaqla, tədqiqat aparmaqla başa düşə bilmərik. Buna görə də gənclərə tövsiyyəmiz odur ki, H.Zərdabini hər gün oxusunlar. Onun Azərbaycan üçün qoyduğu iz daim xatırlanmalıdır”.
Film nümayişindən sonra professor Eldəniz Həsənov, Ramil Mehdiyev, “Şərq”qəzetinin baş redaktoru Akif Aşırlının iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyev və Həsən bəy Zərdabinin məqbərəsi ziyarət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB