“Özünə hörmət edən heç bir ticarətçi bu rəzilliyə razı olmamalıdır” - EKSPERT TƏNQİD ETDİ

“Özünə hörmət edən heç bir ticarətçi bu rəzilliyə razı olmamalıdır” - EKSPERT TƏNQİD ETDİ

“Son vaxtlar Azərbaycanda sui-istifadə halları geniş yayılıb. Kapitalizm vəhşi caynaqlarını boynumuza keçirəndən sonra belə neqativ hallarla tez-tez qarşılaşırıq. Sanki insanlar fürsətcil olub. Adam var ki, gözdən bir kirpik çəkməyi də qənimət bilir”. Bu sözləri SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist ötən həftənin şənbə günü Bakıda türkiyəli meqastar Tarkanın “Baku Crystal Hall”-da konserti keçirilərkən ətrafdakı ticarət köşklərində qiymətlərin qəfildən 3-4 dəfə artmasına münasibət bildirib. O, bunu nəfsinə hakim ola bilməyən bir qrup adamın bir günün içində varlanmaq ehtirası ilə əlaqələndirib: “Bunun adı biabırçılıqdır. Özünə hörmət edən heç bir ticarətçi bu rəzilliyə razı olmamalıdır. Hesab edirəm ki, müvafiq dövlət qurumları həmin ərazidə monitorinqlər aparmalı, süni qiymət artımına yol verən şəxsləri sərt şəkildə cəzalandırmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə