Ukraynaya buraxılmayan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI
Ukraynada genişmiqyaslı müharibə dövründə ölkəyə buraxılmayan, girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub. SİA xəbər verir ki, Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2022-ci ilin əvvəlindən bu ilin noyabrına qədər 706 Azərbaycan vətəndaşı ölkəyə buraxılmayıb.
Ölkəyə girişinə icazə verilməyənlərin 60 faizinə 3-5 il müddətinə, digərlərinə isə daimi qadağalar tətbiq edilib.
Ümumilikdə, ölkəyə buraxılmayan 706 nəfərin 226-sı bu il, 480 nəfəri isə ötən ilin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB