Siqaret çəkən məktəblilərin aqibəti qanunla necə tənzimlənir? - EKSPERT FİKRİ
“Bir çox hallarda siqaret çəkməyi böyüklərin azad seçimi adlandırırlar. İlk baxışdan hər şey adi görünsə də, əslində heç də göründüyü kimi deyil. Siqaret çəkənlərin əksəriyyəti hələ məktəbli və ya azyaşlı olarkən artıq siqaret asılılığına məruz qalırlar. Milyonlarla tütün aludəçisi üçün siqaret böyük vaxtlarının deyil, məhz uşaqlıq dövrünün seçimidir. Hər kəsə məlumdur ki, siqaretə alışqanlıq onu çəkən nə qədər gəncdirsə, bir o qədər tez yaranır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, hər bir valideyn ilkin olaraq evdə siqaretə qarşı təbliğat işləri aparmalıdır: “Ən başlıca isə valideynlər bu haldan özlərini çəkindirməlidirlər. Əgər uşaq evdə görürsə valideyn siqaret çəkir və bu zaman öz beynində bu işin yaxşı bir şey olduğunu formalaşdırır. Mütləq uşaqlarla siqaretin ziyanları barəsində danışıqlar aparmaq lazımdır. Siqaret cəmiyyət üçün, orqanizm üçün ziyanlıdır. Digər tərəfdən məktəblərdə siqaretə qarşı təbliğat işləri aparılmalıdır.
İnzibati Xətalar Məcəlləsinin 189-cu
Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə –
Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda cərimə tətbiq olunacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB