"Abort etdirməyin səbəblərindən biri uşağın cinsi ilə bağlıdır. Məsələn, bəzi ailələr oğlan, bəziləri isə qız övladı istəyir. Amma tam əksi baş verdikdə selektiv aborta üz tuturlar. Bu məsələdə psixoloji cəhətdən daha çox təsir mövzusu var. Adətən, valideynlər ana-ata olacaq şəxslərə təsir göstərir. Əgər yaşca böyük şəxslər cinsiyyət mövzusunu önəmsizləşdirsə, gənc nəsil də bir o qədər əhəmiyyət verməz". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, uşağın cinsiyyətinə görə nəinki abort, hətta boşanma halları da olur: "Tərəflər anlamalıdır ki, uşaq ailənin dağılması üçün yox, daha da möhkəmlənməsi üçün verilir. Uşağın qız və ya oğlan olması əsas məsələ olmamalıdır. Bunlar xırda məsələlərdir. Çünki gələcək o uşağın hansı cinsiyyətə sahib olması heç kim üçün önəmli olmur. Əsas məsələ uşağın taleyi, uğurları, xoşbəxtliyidir. Hər iki cins uşaqdan insan eyni emosiyanı ala bilər".
Psixoloq sözlərinə davam edərək bildirib ki, əgər burada daha maddi məsələlər nəzərə alınırsa ki, oğul işləsin, pul qazansın, valideynə baxsın və s. bu halda belə düşüncələrə sahib insan ilk növbədə dönüb özünə baxmalıdır: "Təbii ki, bəzən tibbi göstəricilərə görə abort məcburi olur. Amma bu, bir seçim olmamalıdır. Psixologiyada belə bir şey var ki, uşaq ana bətnində artıq ona olan münasibəti hiss edir. Ona görə də valideynlər və ya nənə-baba bu baxımdan diqqətli olmalıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB