"GUYS" layihələrinin başında süni intellekt forumu gəlir" -İcraçı direktor
"Təşkilat olaraq bugünə qədər yetişdirdiyimiz kadr bazası 500 nəfərdən çoxdur". Bu barədə SİA-ya açıqlamasında "GUYS" İctimai Birliyinin sədri Mübariz Quliyev bildirib.
Onun sözlərinə görə "GUYS" ictimai birliyi 2019-cu ildə təsis olunub və 2021-ci ildə paralel olaraq formalaşdırılan "GUYS QRUP" formalaşdırılıb: "Bu gün təşkilatımıza 3 gənclər təşkilatı və 10 kommersiya şirkəti daxildir".
M.Quliyev bildirib ki, gələcəkdə də ilin müəyyən zamanlarında ölkədə IT əmək bazarına uyğun müxtəlif fəaliyyətlər icra ediləcək: "Bunların müəyyən hissəsi kommersiya məqsədi daşısa da, əksəriyyəti tələbələrin biliklərinin artırılması üzərində qurulub".
Təşkilatın icraçı direktoru Mehin Vəliyeva bildirib ki, süni intellekt forumu hazırda müasir dövrün tələblərinə cavab verir: "Forum İT ilə bağlı yenilikləri özündə birləşdirir. "GUYS Qrup olaraq biz müasir dövrün tələblərinə cavab verən bu mövzuda təlimin keçirilməsində xüsusilə maraqlıyıq". Qeyd edim ki, təşkilatımız 2019-cu ildən etibarən 800-dən artıq ödənişli və ödənişsiz layihələr həyata keçirib. Bu layihələrin başında da elə süni intellekt forumu gəlir. Forumda 5 əsas spikerimiz çıxış etdi ki, onlar öz sahələri üzrə peşəkar şəxslərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB