"Azərbaycanda intellektə hazır bir cəmiyyət var" - Fazil Mustafa
"Dünyayla, zamanla ayaqlaşmaq üçün hər bir gəncimiz çalışmalıdır". SİA xəbər verir ki, bu barədə "GUYS Group"un təşkilatçılığı ilə keçirilən “AI Innovations” forumunda çıxışı zamanı Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə gənclərimiz sosial şəbəkələrdən öyrənmək üçün istifadə edir: "Amma xeyli gənclərimiz də sadəcə zaman öldürmək üçün sosial şəbəkələrdən istifadə edir. Azərbaycanda intellektə hazır bir cəmiyyət var. Biz xaricdə təhsil platformasını, qızların təhsili məsələsində platformanı açıq tutmalıyıq".
F. Mustafanın sözlərinə görə cahil, geridə qalmış toplumlar irəli getmiş toplumların altında əzilirlər: "Məğlub olmamaq üçün irəli getmək lazımdır. Bu gün texnoloji silahları istifadə edən 10 nəfər 10 min döyüşçüdən üstündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB