Lənkəran REM uşaq evinə və hərbi hissəyə meyvə sovqatı aparıb

Lənkəran REM uşaq evinə və hərbi hissəyə meyvə sovqatı aparıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ( Lənkəran REM) Lənkəran şəhərindəkii Osman Mirzəyev adına qarışıq tipli uşaq evində yardım layihəsi həyata keçirib. O.Mirzəyev adına uşaq evi bölgədə yeganə uşaq evidir. Birtipli layihə əsasında tikilmiş Uşaq evi 2007-cı ildə Heydər Əliyev fondu hesabına əsaslı təmir olunub. Uşaq evində 47 uşağın təlim-tərbiyəsi ilə 49 müəllim və texniki işçi məşğul olur.

Noyabrın 23-də Lənkəran REM-in təcrübə sahəsində yetişdirilən sitrus meyvələrindən ibarət sovqat buradakı uşaqlar üçün aparılıb. Tədbirdə Lənkəran REM-in direktor müavini Namiq Qasımov, İnsan resursları şöbəsinin müdiri Aydan Qurbanova, uşaq evinin direktoru Samirə Quliyeva iştirak ediblər. Uşaq evinin direktoru S.Quliyeva AMEA rəhbərliyinə və mərkəzin kollektivinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Noyabrın 24-də isə Lənkəran REM-in direktoru Mehman Əliyev, direktor müavini Namiq Qasımov, mərkəzin aparıcı elmi işçisi Samir Kərimov və bağban Zahir Bağırov tərəfindən mərkəzin təcrübə sahəsində yığılan sitrus meyvələrindən ibarət növbəti sovqat “N” saylı hərbi hissəsinə aparılıb.

Qeyd edək ki, Lənkəran REM-in direktoru M.Əliyev “xalq-ordu birliyi”amilini əsas tutaraq uşaq evinə və əsgərlərimizə diqqət və qayğını özlərinə mənəvi borc bildiklərini və gələcəkdə də həm uşaq evi, həm də hərbi hissə ilə əlaqələrini davam etdirəcəklərini bildirib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə