"ASAN Xidmət Azərbaycanın sosial brendidir" Ülvi Mehdiyev

"ASAN Xidmət Azərbaycanın sosial brendidir" Ülvi Mehdiyev

"Bir çox ölkələrdə Azərbaycan Asan xidmət modeli tətbiq olunub". SİA xəbər verir ki, bu barədə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Peşəkar 100 il" idarəçilik marafonunun açılış tədbirində çıxışında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sədri Ülvi Mehdiyev deyib.

Sədrin sözlərinə görə regionda heç bir sosial layihə Azərbaycanın fikri öyrənilmədən həyata keçirilmir: "Bu gün Asan xidmət Azərbaycanın intellektual brendi kimi idxal olunur".

Ü. Mehdiyev bildirib ki, 11 il ərzində Asan xidmətin ayrılmaz treningləri idarəetmə ile bağlı keçirilir: "Biz bu təcrübəni dövlət qurumlarına da istəyirik təcrübə keçək. Hər birimiz idarəetmə prinsiplərində özümüzü inkişaf etdirməliyik".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə