"Təhsil səviyyəsi ilə evlilik yaşı arasında sıx əlaqə var" - PSİXOLOQ FİKRİ

"Təhsil səviyyəsi ilə evlilik yaşı arasında sıx əlaqə var" - PSİXOLOQ FİKRİ

"Azərbaycanda evlilik yaşı 18, müəyyən hallarda güzəştli yaş həddi 17 yaş nəzərdə tutulur. Lakin biz ideal evlilik yaşını qanunla ölçə bilmərik. Çünki hər kəsin fərdi həyat şərtləri, evliliyə şəxsi yanaşması var". Bu sözləri SİA-ya sosioloq Aynur Hacıyeva deyib.

Onun sözlərinə görə, təhsil səviyyəsi ilə evlilik yaşı arasında sıx əlaqə var: "Təhsil səviyyəsi yüksəldikcə evlilik yaşı bir cox hallarda yüksəlir. İnsanlar təhsilini davam etdirmək, kariyeralarında zirvələrə yüksəlməyi hədəf seçirlər. Və bu əsnada evliliyi daha sonrakı yaşlara planlayırlar.

Eyni zamanda iqtisadi vəziyyətin də evlilik yaşına böyük təsiri var. Bir sözlə desək evliliyin həyatımızda böyük rolu olduğu kimi bir çox faktorların evliliyə böyük təsiri var. Bu faktorlara iqtisadi, sosial, psixoloji və s. faktorları göstərmək olar”.

Sosioloq vurğulayıb ki, Azərbaycanda statistik nəticələrə görə boşanmaların sayı həddindən artıq çoxdur: “Qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Statistik məlumatlara əsasən deyə bilərik ki, hazırda hər iki evliliklər 1 və ya 5 evliliklən 2-i boşanma ilə nəticələnir. Bu göstərici ciddi məsələdir və ailələrdə problemlərin davamlı olaraq artmasını göstərir.

Boşanmaların sayının artmasına bir neçə faktor təsir göstərə bilər. Boşanma səbəbləri arasında birinci yerdə məişət zəminində zorakılıq faktı gəlir. İkinci yerdə qərarlaşan səbəb sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət, qısqanclıqdır.

Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə