“Valideynlər uşaqlarını məcburən dini təhsilə yönləndirə bilməzlər” - QURUM RƏSMİSİ DANIŞDI
“Biz demokratik ölkədə yaşayırıq və həyat tərzimiz dünyəvi qanunlarla təsbit olunur. Eyni zamanda qanunlarımızda dini etiqad azadlığı var. Lakin müxtəlif dini inanca sahib olan şəxslərin başqalarına mənfi təsirləri olmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
F.Nurullayev bildirib ki, hər bir ailə başçısı öz övladına ailə daxilində dini təlimlər verə bilər: “Məsələn, valideynlər hansı dinə etiqad edirlərsə, həmin dinləri öz övladlarına öyrədə bilərlər. Amma mükəmməl təlim keçmək istəyirlərsə və imkanları buna yol verirsə, məscidlərin daxilində olan kurslara uşaqlar valideyn razılığı ilə cəlb oluna bilər. Həmin kurslarda isə zəruri olan dini bilgilər uşaqlara öyrədilir. Uşaqların orta məktəbə getməsi mütləqdir və günün birinci yarısında orta məktəb dərsinə gedən uşaq, günün ikinci yarısında da məscidlərdə açılan kurslara cəlb oluna bilər.
Bölgələrdə bir neçə dini kolleclər var, 11 illik təhsili başa vurduqdan sonra istəyə uyğun olaraq uşaqlar orada da təhsillərini davam etdirə bilərlər. Eyni zamanda ölkəmizdə dini təhsillə əlaqədar olaraq Azərbaycan İlahiyyat İnstitutu da fəaliyyət göstərir. Azərbaycanda dini təhsil almaq üçün bütün lazımi şərait mövcuddur. Lakin ailə və valideynlər uşaqlarını məcburən dini təhsilə yönləndirə bilməzlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB