Nazir: Konfrans çərçivəsində 10 ölkə ilə ikitərəfli görüşlər keçirilib
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Azərbaycanın uğurlu mexanizmləri üzv ölkələrə təqdim olundu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzləri, DOST konsepsiyası barədə təqdimatlar edildi. Qonaqların bir qismi DOST mərkəzlərinə baş çəkib, onun fəaliyyəti ilə tanış olublar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, konfrans çərçivəsində Azərbaycanda sosial məşğulluq və əmək sahələrində olan rəqəmsallaşma həlləri də qonaqlara təqdim olunub və ən yaxşı təcrübələrdən istifadə olunmasına qərar verilib.
"İkitərəfli əlaqələr qismində 10 ölkə ilə görüşlər keçirildi, müzakirələr aparıldı. Eyni zamanda, Qətər, Tacikistanla ikitərəfli əlaqələrin genişləndirilməsinə dair əməkdaşlıq sənədləri, İƏT-in altqurumu olan SESRIC-lə əməkşdaşlıq layihələri imzalandı. Bunlar çərçivəsində də Azərbaycanda aparılan uğurlu islahatlar və əldə edilən nəticələr digər ölkələrlə bölüşüləcək.
Həmçinin Nazirlər Konfransının qətnaməsi də qəbul olunub. Qətnamədə əməyin gələcəyi, əməyin mühafizəsi, əmək münasibətlərinin tənzimlənməsi, məşğulluq məsələləri kimi çox müxtəlif səpkidə olan məsələlər əhatə olunub. İƏT-ə üzv dövlətlərin bütün bu istiqamətlər üzrə birgə əməkdaşlıq etməsi, gələcəkdə bu sahədə qarşıya çıxan çətinliklərin, çağırışların birgə həll yollarının axtarılmasına dair razılığa gəlinib", - deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB