“İƏT-ə üzv dövlətlərin 22-si ən az inkişaf etmiş ölkədir” - AHMAD SENGENDO

“İƏT-ə üzv dövlətlərin 22-si ən az inkişaf etmiş ölkədir” - AHMAD SENGENDO

“İslam Əməkdaşlıq Təşkilatınıin 57 üzv ölkəsi var və bizim müxtəlif çətinliklərimiz mövcuddur. Üzv dövlətlərin 22-si ən az inkişaf etmiş ölkədir və əksəriyyəti Afrikada yerləşir. Lakin inkişaf etmiş ölkələrimiz də mövcuddur”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı İƏT-in baş katibinin müavini Ahmad Sengendo deyib.

O bildirib ki, qrup şəklində mühüm işlər görə bilərik. İşsizlik böyük problemlərdən biridir və bu istiqamətdə birgə işlər görülməlidir.

Əmək və sosial sahələrin həll edilməsi üçün xüsusi mərkəz yox idi. Azərbaycan Prezidetinin təşəbbüsü ilə Əmək Mərkəzinin əsası qoyuldu və Azərbaycana Əmək Mərkəzinə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm. Mərkəz öz mandatı üzrə işləyəcək və sosial sahədəki problemlərə töhfəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə