“Qətər və Tacikistan, həmçinin SESRIC ilə əməkdaşlıq müqavilələri imzalandı” - NAZİR

“Qətər və Tacikistan, həmçinin SESRIC ilə əməkdaşlıq müqavilələri imzalandı” - NAZİR

“İƏT-ə üzv ölkələrin V nazirlər konfransı iki gün davam etdi və görüşlər çərçivəsində mühüm məsələlər müzakirə olundu. Ümumilikdə İƏT-ə üzv ölkələri dünya coğrafiyasının ən əhatəli təşkilatı, dünya əhalisinin 20 faizini təşkil edir. Bu ölkələrdə gənc əhali sayının yüksək olması müsbətlərlə yanaşı özü ilə müəyyən çağırışlar da gətirir. Belə ki, əmək və sosial sahədə xüsusi işlər görülməli və işsizlik məsələsi istiqamətində uğurlu addımlar atılmalıdır”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi zamanı Sahil Babayev deyib.

Nazir bildirib ki, 10 il öncə cənab Prezident Əmək Mərkəzinin açılması ilə bağlı təşəbbüs irəli sürdü və müvafiq olaraq hüquqi sənədlər hazırlandıqdan sonra, imzalanmaya təqdim olundu. Artıq konfrans çərçivəsində 16 ölkə nizamnaməni imzalayıb.

Əmək Mərkəzinə sədrlik Azərbaycan, sədr müaviniliyi isə Səudiyyə Ərəbistana təhvil olundu. Qısa müddət ərzində üzv dövlətlərin sayı artacaq.

Konfrans çərçivəsində Qətər və Tacikistan, həmçinin SESRIC ilə əməkdaşlıq müqavilələri imzalandı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə