"İnsanlarda aqressiyanın səbəbləri yuxusuzluqla, ailədaxili problemlərlə əlaqələndirilə bilər. Səhər saatlarında insanların aqressiv olmasının səbəbləri onların axşam yuxusundan irəli gəlir. Axşam saat 10,11- dən sonra yaranan yuxu insanda serotonin hormonunun qalxmasına səbəb olur. Serotonin hormonu xoşbəxtlik hormonudur. Birbaşa gecə vaxtında yatmaq enerjinin enerji mənbəyidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, digər səbəb səhər saatlarında çalar saatı söndürüb, sonra "gecikirəm" deyərək yenidən oyanmaqdır: "Həmin vaxt insanlarda baş verən hadisələr çox böyük konfiliktlərə gətirib çıxarır. Bunun başlıca səbəbləri aqressiyadır. Nəticə etibarilə insanlar gecə yuxularına diqqət etməlidirlər".
Psixoloq aqressiyanı gecə qəbul edilən qidalarla da əlaqələndirir: "Bununla yanaşı gecə qəbul etdikləri qidalara da diqqət etməlidirlər ki, bu səhər saatlarında insanlarda yaranan aqressiyanın qarşısını alır".
Müsahib aqressiyanın əsas səbəblərinə ailədaxili münaqişələri nümunə gətirir: "İnsanların aqressiyasına səbəb olanlardan biri də ailədaxili münaqişələrdir. Ailədə yeniyetmə, dərslə bağlı problem yaradacaq mövzular varsa bu zaman insanlar aqressiyadan qaça bilməz. Belə ki, valideyn övladlarını dərs oxumağa yönləndirə bilmirsə, axşamdan münaqişələr yaranır, səhər saatlarında isə bu aqressiya biruzə verir. Bu da səhər saatlarında insanların etdiyi səhvlərə, münaqişələrə gətirib çıxarır".
Psixoloq iddia etdiyi fikrə nümunə göstərir: "Məsələn, səhər saatlarında aqressiv olan sürücüdürsə, bir sıra səhvlərə yol verəcək. Məsələyə polis qarışsa, polislə münaqişə edəcək. Bunların bir çoxu ailədaxili münaqişələrdən yaranır".
Müəllif: Çinarə Muradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB