Hansı peşə sahibləri qanpulu alır? - MÜNASİBƏT BİLDİRİLDİ

Hansı peşə sahibləri qanpulu alır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Günümüzdə bir sıra çətin və təhlükəli işlərdə çalışan işçilər var. Düşünürəm ki, onların maaşı mütləq şəkildə yüksək olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub deyib.

Onun sözlərinə görə, çünki burada işçi çalışdığı sahəyə və bu sahənin ağırlığına uyğun əməkhaqqı almalıdır: "Məsələn, axtarış-xilasetmədə çalışanlar, neft sənayesi işçiləri, elektrik işçiləri, mədən işçiləri, kuryer, yük maşını sürücüləri, minatəmizləyənlər, dənizçilər, fəhlələr, yanğınsöndürənlər, polislər, inşaat işçiləri və s. bu qəbildəndir. Elə işlər var ki, intellektual əmək tələb edir. Amma elələri də var ki, işçinin həyat sağlamlığı üçün təhlükəlidir. Yəni, bu işçilər bir növ qanpulu alır.

Hətta mən bu sıraya müəllim və həkimləri də əlavə etmək istəyirəm. Çünki onların işlərinin məsuliyyəti çox yüksəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə