"Qələbəni şəhidlərimiz, qazilərimiz və cənab Prezidentə borcluyuq” - FƏLSƏFƏ DOKTORU DANIŞDI
“44 günlük Vətən müharibəsi boyunca Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Müharibədən sonrakı qısa müddət ərzində görülən bərpa və yenidənqurma işləri Azərbaycanın gücünü dünya miqyasında sübuta yetirdi. Bu gün görülən quruculuq-bərpa işlərinin əhəmiyyəti ondan ibarətdir ki, uzun illər boyunca öz el-obalarından köçkün düşmüş soydaşlarımız öz əzəli torpaqlarına qovuşurlar”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
Ü.Məmmədzadə bildirib ki, köç prosesi davam edir: “Öz yurd-yuvalarına qovuşan insanlar həvəslə o ərazilərdə yaşayıb, yaradaraq torpaqlarımıza yeni nəfəs verəcəklər. Qısa müddət ərzində görülən bərpa-quruculuq işləri dünya miqyasında Azərbaycanı gözü götürməyən ölkələrin qısqanclığına səbəb oldu. Bundan sonra da Azərbaycan yenidənqurma işlərini davam etdirəcək. Biz qazandığımız qələbəni şəhidlərimiz, qazilərimiz və cənab Prezidentə borcluyuq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB