Subay kişilər niyə boşanmış qadınla ailə qurmaq istəmir? - SEKSOLOQ AÇIQLADI
"Subay kişilərin boşanmış qadınlarla ailə qurmaq istəməməsi məntiqli deyil. Ölkədəki mentalitetin nəticəsi kişilərə bunu qadağan edir". Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə deyib.

Təhmasib Cavadzadə sözlərinə belə davam edib: "Həm də bakirə qadın ilə evlənmə təkidi kişilərin boynuna qoyulur. Əslində bu sadəcə cəmiyyət tərəfindən uydurulan bir şeydir. Məsələn, İslam Peyğəmbərinin ilk və ən sevdiyi xanımı Peyğəmbərdən əvvəl bir neçə dəfə ərdə olub. Bir haldaki kişilər boşanmış qadınla qeyri-rəsmi əlaqələri olur, amma həmin əlaqələri rəsmiləşdirməyə çəkinirlər. Buna səbəb ictimai qınaq, özgüvən zəiflliyi, digər insanların sözünə əhəmiyyət verməkdir. Həyatının digər insanların fikri ilə tənzimləyənlər təbii ki, boşanmış qadınla münasibətini rəsmiləşdirə bilməz. Amma güclü, özünə güvənən, həyatını onun bunun sözü ilə idarə etməyən bir kişi boşanmış qadını sevsə, onunla münasibətini rəsmiləşdirməkdən çəkinməyəcək. Çəkinənlər isə elə gizlincə görüşməyə davam edəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB