Ədliyyə işçiləri və hakimlər 500 min manat məbləğində ianələr edib
Zəfər Günü və 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Qarabağ Dirçəliş Fonduna ədliyyə işçiləri və hakimlər tərəfindən 500 min manat könüllü ianələr edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, peşə bayramı ərəfəsində ədliyyə veteranları və gənclərlə görüşlər keçirilib, Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, o cümlədən nazirliyin şəhid olmuş əməkdaşı Ruhin Xəlilovun ailəsinə baş çəkilərək diqqət və qayğı göstərilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışmış Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İkinci Fəxri xiyabanda dəfn edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB