Bəzi azərbaycanlı qadınlar niyə əcnəbilərə üstünlük verirlər? - PSİXOLOQ FİKRİ
"Bəzi azərbaycanlı qadınların əcnəbi kişilərlə evliliyə üstünlük verməsi psixoloji aspektlərdən qaynaqlanır. İlk öncə ona diqqət yetirməliyik ki, Azərbaycan kişiləri Avropa qadınları ilə evlənməyi sevmirlər. Buna səbəb əcnəbi qadınlarla bizim kişilərin arasında mentalitet fərqidir. Amma qadınlarımız əcnəbi kişilərə üstünlük verirlər". Bu sözləri SİA-ya psixoloq Orxan Oruc deyib.
“İnsan adətən öz şəxsi problem, kompleks və çətinliklərinin kökündə özündən çox ətrafını qınamağa meyillidir. Elə qadınların əcnəbilərlə ailə qurmasına əsas səbəblərdən biri cəmiyyətdə olan bu problemlərdən qaçmaq üçün ola bilər. Digər səbəb isə gündəlik həyatımızda olan türk serialları ilə bağlıdır. Hazırda Azərbaycan cəmiyyəti üçün ən çox izlənilən və baxılan kanallar türk serialları yayımlanan kanallardır. Bunun təsirini vurğulamamaq mümkün deyil. Çünki bəzi xanımlar həyatın türk filmlərindəki kimi gözəl və romantik olduğunu düşünürlər. İndiki dövrdə artıq ərə getmək, evlənmək yaşına çatmış gənc xanımlar şüuraltı olaraq neçə illərdir ki, yeniyetməlik yaşından türk filmlərinin psixoloji təsirlərinə məruz qalırlar”,- deyə o əlavə edib.
Psixoloq deyir ki, amma qızların xaricə ərə getməyə meyilli olmasının yaxşı, yaxud pis bir şey olduğunu demək bir az çətindir: “Çünki, bu insanların şəxsi seçimidir, əgər xanım özünü orada daha xoşbəxt hiss edəcəksə, Azərbaycanımızı bir ev xanımı kimi təmsil edəcəksə, niyə də evlənməsin? Xanımların bəziləri isə işi ilə əlaqədar olaraq xaricə ərə gedə bilər. Yaxud da həqiqətən sevir və buna görə ailə həyatı qurur. Yəni, səbəblər müxtəlifdir. Həmin o xanımların hamısını dinləsək, hər birinin bununla bağlı öz həyat hekayəsi var. Nəhayət, biz öz qadınlarımızın qədrini bilməliyik ki, onlar əcnəbilərlə ailə həyatına üstünlük verməsinlər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB