"Xalqımızın çayxor olduğunu nəzərə alsaq, bir həkim olaraq insanlara qeyri-rasional və həddindən çox çay içilməsinin orqanizmə vurduğu zərərlərdən danışmaq istəyirəm". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, çünki çay əgər 60 dərəcədən yüksək bir temperaturda içilərsə, nəinki boğaz və ağız boşluğu, eyni zamanda qida borusu, mədə, onikibarmaq bağırsaq zədələnmiş olur: "Bu zaman həmin orqanların selikli qişası qıcıqlanır və zaman-zaman termiki yanmalara gətirib çıxarır. Bu da öz nöbəsində faringit, ezofagit, qastrit kimi xəstəliklərə gətirib çıxarır ki, bunların müalicəsi çox uzun bir vaxt alır".
Sübhan Hacıyev sözlərinə belə davam edib: "Eyni zamanda, yeməkdən həmən sonra çay içilməsi mədədə ifraz olunan mədə şirəsinin qarşısını alır, həzm prosesini pozaraq sonrakı dövrdə qəbizliyə və ciddi şəkildə köplərə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, çayın tərkibində olan kofein və tanen xüsusilə də axşam saatlarında içdikdə yuxusuzluq, baş ağrıları yarada bilir. Buna görə çay içərkən onun ümumi hərarətinin 50 dərəcəsini keçməməsini nəzərə almaq lazımdır.
Eyni zamanda, çay yeni dəmlənməlidir. Çünki artıq bir neçə saat öncə dəmlənmiş çayın verdiyi fayda heç bir insana lazım gəlmir. Yəni, artıq çayın tərkibində olan maddələr zərərləşməyə başlayır, efir yağları əmələ gəlir. Bu da insana fayda yox zərər verir. Həm də çayın tərkibində az da olsa sidikqovucu diyorit effekt var və çay yerinə yaxşı olar ki, insanlarımız su qəbul etsinlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB