"Köç prosesi Azərbaycanın gücünü nümayiş etdirir” - MÜNASİBƏT BİLDİRİLDİ

"Köç prosesi Azərbaycanın gücünü nümayiş etdirir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan dünyada çox azsaylı xüsusi sürətlə inkişaf edən ölkələr arasındadır və Azərbaycanın gördüyü işlər dünyanın bütün dövlətləri tərəfindən diqqətlə izlənilir. Əksər ölkələrdə separatizm məsələsi hökm sürür və separatizmin kökünü kəsmək o qədər də asan məsələ deyil. Azərbaycanın gücünün göstəricisi o idi ki, 44 günlük müharibədə separatizmə son qoya bildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, qısa bir müddət ərzində işğaldan azad edilən əraziləri minalardan təmizləyərək yenidənqurma və bərpa işlərinin aparılması Azərbaycanın növbəti gücünün göstəricisidir: “Böyük Qayıdışla bağlı məsələlərdə vitse-prezident Mehriban xanım Əliyevanın daim qayğısı və diqqətini görürük.

Artıq işğaldan azad edilmiş bir çox ərazilərə köç prosesi başlayıb. Həmin ərazilərdə ağıllı kənd və şəhərlər salınıb. Vətəndaşlarımız öz el-obalarına qayıdaraq, orada təsərüffat işləri görərək ərazilərimizi
yenidən cana gətirəcəklər. İşğaldan azad edilən ərazilərə köç prosesinin sürətli şəkildə davam etdirilməsi isə bir daha dünyaya Azərbaycanın gücünü nümayiş etdirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə